Rumıniya, Belçika və Slovakiya 1/8 finalda

Rumıniya, Belçika və Slovakiya 1/8 finalda

AVRO-2024-də III tur davam edir. Bu gün E qrupunda mübarizəyə yekun vurulub.

Rumıniya Slovakiya ilə qarşılaşıb. Oyunda hesabı slovaklar açıb. Ondrey Duda fərqlənib. Rumınlar buna Razvan Marinlə cavab verib – 1:1.

Belçika isə Ukrayna ilə üz-üzə gəlib. Tərəflərin səylərinə baxmayaraq, matçda hesab açılmayıb.

Bununla da, Rumıniya qrupu lider olaraq başa vurub. Belçika 2-ci, Slovakiya 3-cü yerin sahibi kimi pley-offa yüksəlib. Ukrayna isə qrupda qalıb.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə millisində ayrılıq

Növbəti yazı

Türkiyə, Gürcüstan və Portuqaliya 1/8 finalda!