Rudiger yeni komandası ilə anlaşdı

Rudiger yeni komandası ilə anlaşdı

“Çelsi”nin müdafiəçisi Antonio Rudigerin yeni komandası müəyyənləşib. Almaniya millisinin üzvü karyerasını İspaniyada davam etdirəcək.

Tanınmış italiyalı jurnalist Fabritsio Romano tərəflər arasında hərtərəfli razılığın əldə olunduğunu iddia edib. Onun sözlərinə görə, 29 yaşlı mərkəz müdafiəçisi “kral klubu” ilə 4 illik müqavilə imzalayacaq. Bu transfer La Liqa təmsilçisinə havayı başa gələcək. Çünki Rudigerin “zadəganlar”la sözləşməsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Antonio Rudiger 2017-ci ildən “Çelsi”də çıxış edir. 

ETOPAZ

Əvvəlki yazı

De Yonq “Barselona”da qalacaq

Növbəti yazı

Cokoviç zirvədə, Alkaras 10-luqda debüt etdi