De Yonq “Barselona”da qalacaq
“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla yollarını ayırmayacaq. Bunu Kataloniya klubunda prezidentin idman müşaviri Yordi Kroyff deyib.
O bildirib ki, Niderland millisinin üzvü ilə yolları ayırmaq fikrində deyillər: “Biz Frenkini satmayacağıq. Klub onu çox yüksək qiymətləndirir”.
Qeyd edək ki, 2019-cu ildən “Barselona”da çıxış edən Frenki de Yonqla “Mançester Yunayted” yaxından maraqlanır.