Royal “Milan”ın maraq dairəsində
“Tottenhem”də ayrılıq baş verə bilər. Emerson Royal “Milan”a keçməyə yaxındır.
“Rossonerilər” onunla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 25 yaşlı futbolçu A Seriyası nəhəngi ilə 2029-cu ilə qədər sözləşmə imzalamağa hazırdır.