Ronaldodan het-trik

Ronaldodan het-trik

Kriştiano Ronaldo het-trikə imza atıb. Portuqaliyalı ulduz “Əl-Nəsr”in heyətində fərqlənib.

O, Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda üç qol vurub. Ronaldo “Damak”a qarşı səfər matçında komandasına 3:0 hesablı qələbə qazandırıb.

Bütün qollarını ilk yarıda vuran Kriştiano bir dəfə penaltidən fərqlənib. Bununla da Ronaldonun  Səudiyyə Ərəbistanı çempionatında vurduğu qolların sayı 8-ə çatıb. O, bunadək “Əl-Vəhda”ya 4, “Əl-Fateh”ə 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”dən səfər qələbəsi

Növbəti yazı

Halanddan yeni rekord