Halanddan yeni rekord
“Mançester Siti”nin futbolçusu Erlinq Haland klubun tarixinə düşüb. Norveçli hücumçu “şəhərlilər”in heyətində bir mövsümdə ən çox qol vuran oyunçu adını qazanıb.
O, “Bornmut” üzərində 4:1 hesablı qələbədə bir topla pay sahibi olub. Erlinq cari mövsüm 24 oyunda 27 qola sevinib.
O, Serxio Aqueroya məxsus rekordu arxada qoyub. Argentinalı 2014/15 mövsümündə 26 dəfə fərqlənib.