Ronaldodan feyr-pley

Ronaldodan feyr-pley

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” Asiya Çempionlar Liqasında “Persepolis”lə qarşılaşıb. 0:0 hesabı ilə başa çatan matç portuqaliyalı ulduzun feyr-pley hərəkəti ilə yadda qalıb.

Hücumçu oyunun 2-ci dəqiqəsində rəqibin cərimə meydanında yıxılıb. Qayda pozuntusu qeydə alan hakim penalti nöqtəsini göstərib.

Lakin bu qərarla razılaşmayan Ronaldo hakimə penalti olmadığını deyib. Portuqaliyalı ulduz referinin səhvini düzəldib və 11 metrlik cərimə zərbəsi VAR-da da yoxlandıqdan sonra ləğv edilib. 

ETOPAZ

Əvvəlki yazı

De Bruyne meydanlara qayıdır

Növbəti yazı

“Bavariya” Arauxonu istəyir