De Bruyne meydanlara qayıdır
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynedən xəbər var. 32 yaşlı futbolçu meydana nə vaxt qayıtmağı planlaşdırdığını açıqlayıb.
Abu Dabidə keçirilən Formula 1 Qran Prisinə qatılan De Bruyne yeni ildən meydana çıxacağına ümid edir: “Özümü yaxşı hiss edirəm. Planlarımızda hər hansı bir axsama olmazsa, yanvar ayından yaşıl meydanlara qayıda biləcəm”.