Ronaldodan daha bir rekord

Ronaldodan daha bir rekord

Kriştiano Ronaldo daha bir rekord yeniləyib. Portuqaliyalı superulduz futbol tarixində rəsmi matçda ən çox qol vuran oyunçu ünvanına sahib olub.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun şərəfini qoruyan 38 yaşlı hücumçu ərəb Çempionlar Kubokunun qrup mərhələsinin II turunun “Monastir”a (4:1) qarşı matçında fərqlənib. Bununla da qollarının sayını 145-ə çatdıran forvard əfsanəvi Gerd Müllerin (144 qol) rekordunu yeniləyib. 

ETOPAZ

Əvvəlki yazı

Mane ”Bavariya”nı tərk etdi

Növbəti yazı

Simeone “Atletiko”da qaldı