Simeone “Atletiko”da qaldı
“Atletiko” baş məşqçi Dieqo Simeone ilə bağlı qərarını verib. Klub onunla müqaviləni uzatmaq qərarına gəlib.
Tərəflər arasında danışıqlar oktyabrda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı aparılacaq. Klubun müqaviləni 2026-cı ilə qədər uzatmağı planlaşdırdığı bildirilir.