Ronaldo uğursuz seriyaya son qoydu

Ronaldo uğursuz seriyaya son qoydu

Portuqaliya – Şimali Makedoniya matçında (2:0) Kriştiano Ronaldo məhsuldar ötürmə edib. Hücumçu bununla da, uğursuz seriyaya son qoyub.

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin finalında Kriştiano yarımmüdafiəçi Bruno Fernandeşə assist edib. “Mançester Yunayted”in superulduzu buna qədər millinin son 3 matçında fərqlənə bilməmişdi.

Belə ki, Ronaldo oktyabrın 12-də Lüksemburqa qarşı het-trikdən (5:0) sonra İrlandiya (0:0), Serbiya (1:2) və Türkiyə (3:1) ilə görüşlərdə nə qol vurmağı, nə də məhsuldar ötürmə etməyi bacarmışdı.

ETOPAZ

Əvvəlki yazı

Portuqaliya və Polşa dünya çempionatında

Növbəti yazı

Keyruşdan istefa