Keyruşdan istefa

Keyruşdan istefa

Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib. Buna səbəb komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Portuqaliyalı mütəxəssis seçmə mərhələnin pley-offunda Seneqala məğlubiyyətdən sonra postundan ayrıldığını açıqlayıb: “Xəyal gerçəkləşmədi. Hər şeyi etməyə çalışdıq, amma kifayət olmadı. Bütün oyunçulara və Misir Futbol Assosiasiyasına təşəkkürümü bildirirəm. Siz mənim qəlbimdə əbədi qalacaqsınız”.

Keyruş ötən ilin sentyabrında Misir millisinin sükanı arxasına keçib. Komanda pley-offa qədər irəliləsə də, həlledici görüşdə Seneqala penaltilər seriyası ilə məğlub olub.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo uğursuz seriyaya son qoydu

Növbəti yazı

Halilhodjiçdən rekord