Rekordun 6-cı şəriki

Rekordun 6-cı şəriki

DÇ-2022-də qrup mərhələsinin I turu davam edir. Beşinci oyun gününün üçüncü matçında Portuqaliya ilə Qana qarşılaşır.

Görüşün ilk 45 dəqiqəsində sonra qapılara qol vurulmayıb. Start heyətində yer alan Kriştiano Ronaldo 5-ci mundialda meydana çıxıb. Portuqaliya yığmasının kapitanı bununla da dünya çempionatlarının rekordunu təkrarlayıb.

Qətərdəki turnirə qədər Antonio Karbaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) bunu bacarıb. İki gün əvvəl isə Argentina yığmasının kapitanı Lionel Messi 5-ci dünya çempionatında meydana çıxıb. Kriştiano bu rekordun 6-cı şəriki olub.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-də növbəti qolsuz sülh

Növbəti yazı

Ronaldodan yeni rekord