Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo unikal rekorda imza atıb. O, beş fərqli dünya çempionatında qol vuran ilk oyunçu olub.

37 yaşlı hücumçu DÇ-2022-nin qrup mərhələsinin I turunun Qana ilə matçında hesabı açıb. Bu, Ronaldonun qol vurduğu 5-ci çempionatdır.

O, DÇ-2006, DÇ-2010 və DÇ-2014-ün hərəsində bir, DÇ-2018-də dörd qol vurub. Qətərdəki ilk qol ümumilikdə 8-ci olsa da, Kriştiano beş mundialda rəqib qapısına yol tapıb. Ona qədər heç bir futbolçu bunu bacarmayıb.

ETOPAZ

Əvvəlki yazı

Rekordun 6-cı şəriki

Növbəti yazı

Portuqaliyadan çətin qələbə