Ronaldo otel aldı

Ronaldo otel aldı

“Mançester Yunayted”in hücumçusu biznes fəaliyyətini inkişaf etdirməyə davam edir. Kriştiano Ronaldo daha bir otel alıb.

Ronaldonun aldığı otel Mərakeşin eyniadlı şəhərində yerləşir. “Pestana” adlanan otel Mərakeş prospektində, hava limanına yaxın, şəhərin ən prestijli və kosmopolit ərazilərindən birindədir. 

Bildirilib ki, portuqaliyalı hücumçu Mərakeşi sevir, çünki o, “Real”ın oyunçusu olduğu vaxtlarda tez-tez İspaniyadan sözügedən ölkəyə məşq etmək və dostu Badr Hari ilə vaxt keçirmək üçün uçurdu.

ETOPAZ

Əvvəlki yazı

Vlahoviç millinin düşərgəsindən ayrıldı

Növbəti yazı

Buşar kortlara dönür