Ronaldo klubu ilə bağlı qərarını verdi

Ronaldo klubu ilə bağlı qərarını verdi

Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib. Portuqaliya millisinin futbolçusu “Mançester Yunayted”də qalacaq.

37 yaşlı hücumçu yay fasiləsində klubunu dəyişməməyə üstünlük verib. O, belə addımı yığma naminə atıb.

Ronaldo Qətərdəki DÇ-2022-yə hazır olmaq baxımından İngiltərədə qalmasını daha əlverişli sayır. Bu üzdən müqaviləsi 2023-cü ildə başa çatacaq forvard Mançesterdə qalmaq qərarına gəlib.

Qeyd edək ki, Portuqaliya millisi hələlik DÇ-2022-yə vəsiqə qazanmayıb. Bunun üçün pireneylilər Şimali Makedoniya ilə bugünkü qarşılaşmada qalib gəlməlidir.

ETOPAZ

Əvvəlki yazı

Sevil Mayami turnirinin tarixinə düşdü

Növbəti yazı

Terim yenidən “Qalatasaray”a dönə bilər