Ronaldodan 10-cu het-trik
Portuqaliya milisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburqla (5:0) oyununda het-trik edib. Bu, 36 yaşlı hücumçunun yığmada 10-cu het-triki olub.
Ronaldo dünya çempionatlarının seçmə mərhələlərindəki qol sayını 36-ya çatdırıb. O, bu göstəricidə 2-ci olan iranlı Əli Daeiyə şərik olub. Rekord isə Qvatemala millisində 39 qola imza atan Karlos Ruisə məxsusdur.
Kriştiano yığmadakı ümumi qol sayını 115-ə çatdırıb. O, özünün sahibi olduğu rekordu yeniləyib.
Portuqaliyalı Lüksemburqa daha çox – 9 qol vurub. Litva və İsveç onun 7 zərbəsi qarşısında aciz qalıb.