Canni de Byazi: “İki komanda arasında fərq böyükdür”

Canni de Byazi: “İki komanda arasında fərq böyükdür”

Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VIII turunda Serbiyaya 1:3 hesabı ilə uduzub. Səfər matçından sonra yığmanın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır”.

ETOPAZ

Əvvəlki yazı

Ronaldodan 10-cu het-trik

Növbəti yazı

“Leykers” Dumbuyanı heyətinə qatdı