Danimarka DÇ-2022-yə vəsiqə qazandı

Danimarka DÇ-2022-yə vəsiqə qazandı

DÇ-2022-nin final mərhələsinin daha bir iştirakçısı bəlli olub. Danimarka millisi Qətərdəki çempionata vəsiqə qazanıb.

Şimallılar bu hüququ Avropa zonası üzrə seçmə mərhələnin VIII turunda əldə edib. Avstriyanı 1:0 hesabı ilə məğlub edən danimarkalılar öz qrupunda 1-ci yeri təmin edib.

Keçirdiyi 8 oyunun hamısında qalib gələn yığma qol da buraxmayıb. 24 xala malik Danimarka millisi 27 cavabsız qol vurub.

Xatırladaq ki, Qətərin meydan sahibi kimi qatılacağı mundiala Almaniya da vəsiqə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Belqradda məğlub oldu

Növbəti yazı

Ronaldodan 10-cu het-trik