“Roma”da yeni müdafiəçi

“Roma”da yeni müdafiəçi

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib. “Canavarlar” Mario Hermosonu rənglərinə bağlayıb.

Onunla 3 illik müqavilə imzalanıb. Futbolçunun son klubu bu yay tərk etdiyi “Atletiko” olub.

Qeyd edək ki, Hermoso ötən mövsüm 45 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

U-21 millimizin heyəti açıqlandı

Növbəti yazı

Millimiz reytinqdə gerilədi