Roke “Barselona” yolunda
“Barselona” heyətini gücləndirmək niyyətindədir. Klub “Atletiko Paranense”nin hücumçusu Vitor Rokeyə elçi düşüb.
Çətin maliyyə vəziyyətinə baxmayaraq, kataloniyalılar 18 yaşlı forvard üçün qarşı tərəfə 45 milyon avro təklif edib. Gənc oyunçunun Avropanın bir çox top-klublarının da diqqət mərkəzində olduğu bildirilir.