Remsinin müqaviləsinə xitam verilir

Remsinin müqaviləsinə xitam verilir

İtaliyanın “Yuventus” klubu futbolçusu Aaron Remsi ilə yollarını ayıracaq. Klub rəhbərliyi uelsli yarımmüdafiəçi ilə müqaviləyə xitam verilməsi barədə qərar qəbul edib.

Turinlilər özünü İtaliya çempionatında göstərə bilməyən futbolçuya bundan artıq şans vermək fikrində deyil. Onunla müqaviləyə xitam verildikdən sonra azad agent statusu alacaq Remsi özünə klub axtarmalı olacaq. Onun İngiltərə Premyer Liqasına qayıtması gözlənilir.

Ötən mövsüm A seriyasında 22 oyuna çıxan uelsli 2 qol vurub. O, cari çempionatda cəmi 3 matçda şans qazanıb. 2019-cu ildə “Arsenal”dan azad agent kimi “Yuventus”a gələn Remsinin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” satılmır

Növbəti yazı

Günün kuponu – 09.11.2021