“Real”ın qələbə seriyası qırıldı

“Real”ın qələbə seriyası qırıldı

La Liqanın XVIII turunda “Kadis”lə qarşılaşan “Real” qolsuz heç-heçə edib. Bununla da Madrid təmsilçisinin qələbə seriyası qırılıb.

Karlo Ançelottinin yetirmələri bunadək bütün turnirlərdə keçirdiyi ardıcıl 10 matçda qalib gəlmişdi. “Real” sonuncu dəfə oktyabrın 27-də xal itirmişdi. Həmin vaxt “Osasuna” ilə qolsuz heç-heçə qeydə alınıb.

Madridlilər növbəti matçını dekabrın 22-də keçirəcək. “Real” səfərdə “Atletik”lə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”dan antirekord

Növbəti yazı

Dominik Tim ATP kubokunu buraxacaq