Dominik Tim ATP kubokunu buraxacaq

Dominik Tim ATP kubokunu buraxacaq

Dünyanın sabiq üçüncü raketkası Dominik Tim 2022-ci ilin ilk iki turnirini buraxacaq. Bu barədə qərarı avstriyalı tennisçinin özü verib.

O, səhhətindəki problemlər üzündən ATP kuboku və Sidneydəki yarışa qatılmayacaq. Koronavirus testi neqativ nəticə verən Dominik soyuqdəymə üzündən bir həftə məşqlərdən də kənar qalıb. Onun “Australian Open”də iştirakı da sual altındadır. Lakin Tim bu barədə qərar verməyib.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın qələbə seriyası qırıldı

Növbəti yazı

NBA-da daha 5 oyun təxirə salındı