“Nyukasl”dan antirekord

“Nyukasl”dan antirekord

“Nyukasl” Premyer Liqada bir il ərzində ən çox qol buraxan komanda adına şərik olub. “Mançester Siti” ilə ev oyununda 0:4 hesabı ilə uduzan komanda bu il 79 top buraxıb.

Bu, Premyer Liqa tarixinin antirekordunun təkrarıdır. 1994-cü ildə “İpsviç” qapısında eyni sayda qol görüb.

Nyukasl təmsilçisi ilin sonunadək daha iki matç keçirəcək. “Mançester Yunayted”lə dekabrın 27-də, “Everton”la üç gün sonra baş tutacaq qarşılaşmalarda buraxılacaq bir top yeni antirekordla nəticələnəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.12.2021

Növbəti yazı

“Real”ın qələbə seriyası qırıldı