“Real”ın hədəfindəki “Lester”li

“Real”ın hədəfindəki “Lester”li

Madrid “Real”ı yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Axtarışlarını davam etdirən “kral klubu” “Lester”in futbolçusu Ceyms Meddisona “elçi düşüb”.

İspaniya nəhənginin məqsədi Luka Modriçə əvəzləyici tapmaqdır. 24 yaşlı yarımmüdafiəçinin alınması da buna xidmət edəcək.

Bu keçid üçün madridlilər 80 milyon avro xərcləməlidir. Meddisonun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Ceyms 2018-ci ildən “tülkülər”in formasını geyinir. O, cari mövsümün 40 oyununda 13 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Mənim üçün vacib olan qələbə qazanmaqdır”

Növbəti yazı

Onana qəzaya uğradı