“Real”da iki ayrılıq

“Real”da iki ayrılıq

“Real” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq. Artıq iki oyunçunun komandadan gedəcəyi, demək olar ki, dəqiqdir.

Yarımmüdafiəçi İsko və hücumçu Qaret Beyl azad agent kimi “kral klubu”nu tərk edəcək. Madridlilər adıçəkilən oyunçulara yeni müqavilə təklif etməyi düşünmür. Xüsusən də, yüksək maaşına görə Beyllə vidalaşmaq maaş büdcəsini də genişləndirəcək.

Qeyd edək ki, həm Beyl, həm də İsko 2013-cü ildən “Real”da çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

Ən çox oynayan liqalar müəyyənləşdi

Növbəti yazı

“Mançester Yunayted” oyunçusunu satdı