Ramosla Navas mövsümün sonunu gözləyir

Ramosla Navas mövsümün sonunu gözləyir

İspaniyanın “Sevilya” klubu futbolçuları Serxio Ramos və Xesus Navasla bağlı qərarını mövsümün sonunda verəcək. La Liqa təmsilçisinin rəhbərliyi çempionatın sonunu gözləməyi məqsədəuyğun sayıb.

Buna komandanın turnir cədvəlindəki durumu səbəb olub. 23 turdan sonra 15-ci pillədə olan “Sevilya” aşağı liqaya yuvarlanma zonasından cəmi üç xal uzaqdadır.

Hər iki müdafiəçi klubda qalmağa razıdır. Lakin Ramos müqavilənin şərtlərinin dəyişdirilməsini istəyir.

La Liqanın cari mövsümündə Ramos 13, Navas 16 matç keçirib. Serxionun hesabında 1 qol da var.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz Kupon – 11.02.2024

Növbəti yazı

Sabobisdən mövsümün rekordu