Rafinya “Barselona” ilə anlaşdı

Rafinya “Barselona” ilə anlaşdı

“Lids”in hücumçusu Rafinya “Barselona”ya keçməyə yaxındır. Braziliyalı futbolçu İspaniya klubu ilə şəxsi müqaviləsini razılaşdırıb.

Onun yayda klubunu dəyişməsi üçün iki klub arasında razılıq əldə edilməlidir. Lakin tərəflər danışıqları mövsümün sonuna qədər dayandırıb.

25 yaşlı futbolçu cari mövsümdə 35 oyun keçirib. O, 10 qol və 3 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

İbrahimoviçin iki variantı

Növbəti yazı

Milli komandanı çalışdırmaqdan imtina