Milli komandanı çalışdırmaqdan imtina

Milli komandanı çalışdırmaqdan imtina

“Nant”ın baş məşqçisi Antuan Kombuare Fil Dişi Sahili yığmasını çalışdırmaqdan imtina edib. Klubu ilə Fransa kubokunu qazanan mütəxəssis buradakı işinə davam etməyə üstünlük verib.

Baş məşqçi Patris Bomeli istefaya göndərən afrikalılar mütəxəssisə dəvət edib. Lakin Kombuare DÇ-2022-dən kənar qalan yığmanı çalışdırmaq istəməyib.

Qeyd edək ki, “Nant” rəhbərliyi ilə problemləri olan mütəxəssisin postunda qalacağı da sual altındadır.

ETOPAZ

Əvvəlki yazı

Rafinya “Barselona” ilə anlaşdı

Növbəti yazı

“Real”dan yeni təklif