İbrahimoviçin iki variantı

İbrahimoviçin iki variantı

Zlatan İbrahimoviç gələcək karyerası ilə bağlı seçim edəcək. 40 yaşlı isveçli hücumçu qərarını yaxın günlər ərzində verəcək.

Veteran futbolçu iki variant arasında seçim etməlidir. Zlatan şərəfini qoruduğu “Milan”la müqaviləsini daha bir il müddətinə uzadaraq futbolçu karyerasına davam edə bilər. Digər variant isə mərhum Mino Rayolanın agentlər qrupuna daxil olmaqdan ibarətdir. İbrahimoviç bu şirkətdə vəzifə ala bilər. Skandinaviyalı 2020-ci ilin yanvarından “Milan”ın formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” “Everton”la danışıqlara başladı

Növbəti yazı

Rafinya “Barselona” ilə anlaşdı