Radukanu məşqçisi ilə yollarını ayırdı

Radukanu məşqçisi ilə yollarını ayırdı

“US Open”in çempionu Emma Radukanu məşqçisi ilə yollarını ayırıb. Dünyanın 22-ci raketkası Endryu Riçardsonun rəhbərliyi altında hazırlıq keçməyəcək.

18 yaşlı böyük britaniyalı tennisçi bu addımı WTA turnirlərində daha böyük təcrübəyə malik məşqçiyə ehtiyacı olması ilə izah edib: “Bu barədə danışmaq ağırdır. Amma düşünürəm ki, mənə təcrübəli məşqçi lazımdır. Çünki daha ciddi rəqiblərlə və daha ciddi rəqabətlə qarşılaşacağam. Bütün bu yolu qət etmiş və məni düzgün istiqamət verə biləcək mütəxəssisə ehtiyac var. Çünki hər şey mənim üçün yenidir”.

Xatırladaq ki, Radukanu “US Open”də Riçardsonun rəhbərliyi altında çempion olub.

ETOPAZ

Əvvəlki yazı

Blek NBA-ya qayıtdı

Növbəti yazı

Günün kuponu – 25.09.2021