Günün kuponu – 25.09.2021

Günün kuponu – 25.09.2021

“Zenit” – “Krılya Sovetov” – 1

Piter təmsilçisi məğlubiyyətsiz irəliləyir. Ən yaxın izləyicisi olan Moskva klubları – “Dinamo” və “Lokomotiv” i 4 xal qabaqlayan “Zenit” “Krılya Sovetov” kimi komandalarla görüşdə bu fərqin “əriməsinə” çətin ki, imkan verə. Heyətdə Lovren, Karavayev və Ozdoyev kimi zədəlilər olsa da, qonaqların bu matçda sürpriz edəcəyinə inanmıram. Oyun 1 əmin olduğum variantdır.

“Mançester Yunayted” – “Aston Villa” – Q/Q

“Yunayted” üçün hər oyun qol vurmaq sanki bir normadır. Yalnız həftəiçi Liqa Kubokunda “Vest Hem”lə görüşdə Ronaldosuz oynayan mançesterlilər meydanı qolsuz tərk etdi və 0:1 hesablı məğlubiyyətlı turnirlə vidalaşdı. Premyer liqa matçına isə motivasiya tam fərqli olur. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, qol-qol gözlənilən variantdır.

“Lion” – “Loryen” – Q/Q

Lider PSJ-ni uzağa buraxmamaq üçün “Lion” hər oyuna qələbə üçün çıxmalıdır. Amma “Loryen” də “asan yem” deyil. “Lion” bu dueldə qalib olsa belə, qonaqlardan azı bir qol gözləyirəm. 2,5 üstlə müqayisədə Q/Q əmsalı daha yüksək olduğundan bu varianta üstünlük verirəm.

Günün kuponu

“Zenit” – “Krılya Sovetov” – 1 – 1.32

“Mançester Yunayted” – “Aston Villa” – Q/Q – 1,83

“Lion” – “Loryen” – Q/Q – 1.83

Yekun əmsal: 4,42

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Radukanu məşqçisi ilə yollarını ayırdı

Növbəti yazı