Blek NBA-ya qayıtdı

Blek NBA-ya qayıtdı

Tarik Blek yenidən NBA-da çıxış edəcək. 29 yaşlı mərkəz oyunçusu “Denver”lə müqavilə imzalayıb.

206 sm boya malik basketbolçu son üç mövsümü Avropada keçirib. Onun son komandası Rusiya “Zenit”i olub.

“Anadolu Efes”ə keçəcəyi gözlənilən Blek bu il NBA-nın Yay Liqasında “Denver”də iki oyuna çıxıb. 2014-18-ci illərdə “Leykers” və “Hyuston”da 220 matç keçirən basketbolçu 3 ildən sonra NBA-ya qayıdıb.

ETOPAZ

Əvvəlki yazı

Messi məşqləri bərpa edir

Növbəti yazı

Radukanu məşqçisi ilə yollarını ayırdı