Qurban Qurbanov: “Həmişə irəliləməyi hədəfləyirik”

Qurban Qurbanov: “Həmişə irəliləməyi hədəfləyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin IV turunun “Kayrat”la keçiriləcək oyunu öncəsi mətbuat konfransında iştirak edib. 49 yaşlı mütəxəssis sabahkı səfər matçı barədə fikirlərini açıqlayıb:

“Bizi çox gözəl oyun gözləyir. Bilirik ki, “Kayrat” matça tam hazırdır. Onların qələbəyə ümidləri var. Amma biz də üç xalla ayrılacağımıza ümid edirik. Sabah da qələbə üçün mübarizə aparacağıq. Qalib gəlsək, deməli, lazım olan qədər hazırı. Təbiətdə pis hava yoxdur. Futbolçulara deyirəm ki, istənilən çətinliyə hazır olmalıdırlar. Futbolçularım bunu yaxşı bacarırlar. Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq. Hər bir rəqibə şərtdən asılı olmayaraq, qalib gəlməyə çalışırıq. İlk növbədə çox təcrübəli Kurban Berdıyev və futbolçuları qeyd edərdim. Topla və topsuz komandanın yaxşı qarşılıqlı əlaqəsi var. Rəqib müdafiədə güclüdür və əks-hücumlarda yaxşı oynayır. Bundan ehtiyatlanmaq lazımdır. Biz Bakıdakından daha yaxşı oynamalıyıq. Artıq səkkiz ildir ki, Avropada oynayırıq və həmişə irəliləməyi hədəfləyirik. Uğursuzluqlar olub, amma ruhdan düşmürük. Biz hər zaman öz üzərimizdə işləməyə davam edirik. Sabahkı oyunda əlimizdən gələni edəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Oje-Alyassim yekun turniri şansını itirdi

Növbəti yazı

Lillarddan qeyri-dəqiqlik