Qrosso üçün 2 milyon avro
“Lion”un sabiq baş məşqçisi Fabio Qrosso hələ ki, klubdan təzminat almayıb. O, 2 milyon avroya qədər ödəniş istəyir.
Mütəxəssis komandada 2,5 ay çalışıb. Məşqçi müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün cərimənin ödənilməsini tələb edir. Söhbət 1,5 – 2 milyon avroluq məbləğdən gedir.
Qeyd edək ki, Qrossonun rəhbərliyi altında “Lion” 7 görüşdən 1-də qalib gəlib.