Günün kuponu – 27.12.2023
“Çelsi” – “Kristal Pelas” 1
Qonaqlar 7 oyundur qələbə üzünə həsrətdi. Komanda Premyer Liqadakı yerini qorumaq üçün mübarizə aparır. “Çelsi” də heç də ən yaxşı dövrünü yaşamır. Bununla belə, meydan sahiblərinin azarkeşlərinin də dəstəyi ilə bu rəqibi məğlub edəcəyini düşünürəm.
“Anderlext” – “Serkl Brügge” 1
Belçikanın ən tanınmış klubu çempionluq uğrunda mübarizə aparır. Brayan Rimerin yetirmələri “Yunion”dan 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Meydan sahibləri çempionluq mübarizəsindən qopmamaq üçün bu matçda mütləq qələbə qazanılmadı. Komanda doğma arenada bu vəzifənin öhdəsindən gəlməyə qadirdi.
“Reyncers” – “Ross Kaunti” 1-ci hissə/Oyun: “Reyncers”
Lider “Seltik”dən 2 xal geri qalan “Reyncers” üçün “Ross Kaunti” rahat rəqibdi. Komandalar arasında keçirilmiş son 10 oyundan cəmi biri heç-heçə bitib, qalan matçlarda “Reyncers” qalib gəlib. 7 oyunluq qələbə seriyasına malik qlazqolular böyük ehtimalla bu dəfə də asan qələbə qazanacaq.