“Qrizlis”dən klub tarixinin ən böyükhesablı qələbəsi

“Qrizlis”dən klub tarixinin ən böyükhesablı qələbəsi

NBA-da pley-off mərhələsinin ilk turunun ikinci oyunları keçirilib. “Memfis” “Minnesota”nı 124:96 hesabı ilə məğlub edib.

Bu qələbə klub tarixinə düşüb. Belə ki, bu, “Qrizlis” tarixinin pley-off mərhələlərindəki ən böyükhesablı qalibiyyəti olub.

Xatırladaq ki, “Qrizlis” bu mövsüm NBA tarixindəki ən böyükhesablı qələbənin müəllifi olub. Komanda “Oklahoma”nı müntəzəm çempionatın ev görüşündə 152:79 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

“İnter” 11 ildən sonra ilk dəfə finalda

Növbəti yazı

“Arsenal” çempionluq şansını itirdi