“Qolden Steyt”dən unikal göstərici
“Qolden Steyt” NBA pley-off mərhələsində unikal göstəriciyə imza atıb. Komanda səfərdə göstərdiyi performansla yeni nailiyyətin müəllifidir.
Kaliforniya klubu bazar günü Qərb Konfransının finalının üçüncü matçında səfərdə “Dallas”la qarşılaşıb. “Uorriors” bu görüşdə 109:100 (3-0) hesabı ilə qalib gəlib.
Komanda ardıcıl 26 pley-off seriyasının hamısında ən azı bir səfər qalibiyyətinə sahibdir. Bu, liqa tarixində ən yaxşı göstəricidir.