Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Qarabağ”ın mümkün rəqibləri
Avrokuboklarda tarix yazan “Qarabağ”ın növbəti rəqibi bu gün bəlli olacaq. Avropa Liqasında 1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Pley-offda Portuqaliyanın “Braqa” klubunu (4:2, 2:3) mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri püşkatmada səpələnməmişlər səbətində olacaq.
“Qarabağ” Avropa Liqasının qrupunda 1-ci yeri tutan və pley-offdan azad olan komandalardan biri ilə görüşəcək.
“Qarabağ”ın mümkün rəqibləri İngiltərə klubları “Liverpul”, “Vest Hem”, “Brayton”, İtaliya “Atalanta”sı, Şotlandiya “Reyncers”i, İspaniya “Vilyarreal”ı, Çexiya “Slaviya”sı və Almaniya təmsilçisi “Bayer”dir.
1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. “Qarabağ” və digər səpələnməmiş klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.