Neto üçün 80 milyon
“Vulverhempton”da ayrılıq baş verə bilər. Klub Pedro Netonun satış qiymətini açıqlayıb.
Premyer liqa təmsilçisi 23 yaşlı vinqeri 80 milyon funt-sterlinqə buraxmağı planlaşdırır. Portuqaliya millisinin də şərəfini qoruyan cinah oyunçusunun “Arsenal”, “Tottenhem” və “Çelsi”nin maraq dairəsində olduğu bildirilir. Məhz bu diqqəti dəyərləndirmək istəyən “Vulverhempton” rəhbərliyi gənc futbolçudan qazanc əldə etmək niyyətindədir.