“Qarabağ”ın ilk məğlubiyyəti

“Qarabağ”ın ilk məğlubiyyəti

Azərbaycan Premyer Liqasında VIII tur başa çatıb. II dövrənin ilk turunun son günündə bir oyun keçirilib. “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib.

Bu matç sensasiya ilə yekunlaşıb. Qarşılaşmanın favoriti olan Qurban Qurbanovun yetirmələri səfərdən xalsız ayrılıb. İlk yarıda Nikolas Raysel və Mirsayib Abbasovun vurduğu qollar paytaxt təmsilçisinə üstünlük qazandırıb. Fasilədən sonra təzyiqi artıran “Qarabağ” bu toplardan birinin əvəzini Kadi Borqeslə çıxıb. Lakin matçda son nöqtəni qoyan Turan Manafov “Səbail”in üstünlüyünü yenidən iki topa çatdırıb.

Bununla da Bakı klubu Premyer Liqadakı 4 oyunluq məğlubiyyət seriyasına 3:1 hesablı qələbə ilə son qoyub. “Qarabağ” isə mövsümdə ilk dəfə uduzub. Premyer Liqada 7, avrokuboklarda 9 görüşdə uduzmayan Ağdam təmsilçisinin 16 matçlıq seriyası qırılıb.

Bu qarşılaşmadan sonra “Qarabağ” 17 xalla 1-ci pillədə qalıbsa, “Səbail” iki pillə irəliləyib. 9 xala malik bakılılar 5-ci sıraya yüksəlib.

Xatırladaq ki, IX turun oyunları oktyabrın 30-31-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Kuminqa üç oyunu buraxacaq

Növbəti yazı

“Barselona” “Boka Xuniors”la qarşılaşacaq