Kuminqa üç oyunu buraxacaq

Kuminqa üç oyunu buraxacaq

“Qolden Steyt”in hücumçusu Conatan Kuminqanın durumuna aydınlıq gəlib. Basketbolçu komandasının daha üç oyununu buraxmalı olacaq.

Sağ dizindəki dartılmadan sonra bərpa prosesi keçən forvard komanda ilə məşqlərə də qatılıb. NBA-nın debütantı “Denver”lə mövsüm öncəsi baş tutan yoxlama görüşündə xəsarət alıb.

Xatırladaq ki, “Qolden Steyt” Kuminqanı 2021-ci ilin draftında 7-ci nömrə altında heyətinə qatıb.

ETOPAZ

Əvvəlki yazı

Liderlər mövqeyini qorudu

Növbəti yazı

“Qarabağ”ın ilk məğlubiyyəti