“Qarabağ”dan ev qələbəsi

“Qarabağ”dan ev qələbəsi

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsində ilk matça çıxıb.

Ağdam klubu evdə HİK-lə görüşüb. Finlandiya çempionu ilə qarşılaşma “Qarabağ”ın aşkar üstünlüyü ilə keçib.

Lakin təmsilçimiz müdafiəyə qapanan rəqibin müqavimətini yalnız fasilədən sonra qıra bilib. Abdullah Zubirin ötürməsindən sonra Leandro Andrade qonaqların qapısına yol tapıb. Bu top ağdamlıları hesabda önə çıxarıb. Buraxılan qoldan sonra məğlubiyyətdən qaçmağa çalışan qonaqlar hesaba tarazlıq gətirib. Hamidu Keytanın ötürməsindən sonra Juninyo “Qarabağ”a qələbə qazandıran qola imza atıb – 2:1.

Qeyd edək ki, “Qarabağ”la HİK arasında cavab oyunu avqustun 17-də Helsinkidə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Letiçdən dubl, “Sabah”dan inamlı qələbə

Növbəti yazı

Qurban Qurbanov: “Vacib qələbə qazandıq”