“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XVI tura start verilib. İlk oyun günündə bir matç baş tutub.
“Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edib. Son çempion səfərdə 6:1 hesablı qələbə qazanıb.
Ağdam klubunun heyətində Leandro Andrade iki, Olavio Juninyo, Hamidu Keyta, Yassin Benzia və Abdullah Zubir hərəyə bir qol vurub. Meydan sahiblərinin heyətində Erik Sorqa fərqlənib. Ardıcıl 5-ci qələbəsini qazanan Ağdam klubu bununla da liderliyini daha da möhkəmlədib.
Qeyd edək ki, tura dekabrın 10-da yekun vurulacaq.