“Real”dan iki rekord

“Real”dan iki rekord

“Real” iki rekorda imza atıb. İspaniya klubu son 5 mövsümdə buraxılan qol sayında Avropanın “Böyük beşlik” liqalarının rekordçusudur.

Madrid təmsilçisi bu müddətdə 167 matçda 129 qol buraxıb. Orta göstəricisi 0,77 olan “Kral klubu” PSJ (0,89) və “Atletiko”nu (0,84) üstələyir.

Cari mövsümün 15 matçında 9 qol buraxan “Real” klub tarixinin rekorduna imza atıb. Bunadək ən yaxşı göstərici 11 qolun buraxılması idi. Həmin nəticə 2019/20 mövsümündə qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan böyükhesablı qələbə

Növbəti yazı

PSJ satıldı