PSJ satıldı

PSJ satıldı

PSJ-nin bir hissəsi satılıb. Qətərin “Qatar Sports Investment” (QSI) şirkəti Fransa klubunun səhmlərinin 12,5 faizini satmağa qərar verib.

Bunu ABŞ-ın “Arctos Partners” investisiya şirkəti alıb. Klubun 1/8 hissəsinin təxmini qiyməti 4,25 milyard avrodur.

QSİ Paris təmsilçisinə nəzarəti özündə saxlayıb. Amerikalılar əməliyyat fəaliyyətlərinə dəstək olacaq. Bu şirkət 30-dan idman klubunda pay sahibidir. Bu komandalar MLB, NBA, NHL, “Formula-1” və futbol çempionatlarında çıxış edirlər. Onlar arasında “Qolden Steyt”, “Los-Anceles Dodjers”, “Aston Martin” və “Atalanta” da var.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan iki rekord

Növbəti yazı

“Yuventus”un Poqba planı