Osakanın Paris planı

Osakanın Paris planı

Dünyanın sabiq birinci raketkası Naomi Osaka gələcək planlarını açıqlayıb. “Böyük dəbilqə” turnirlərinin dördqat çempionu idmana qayıtmaq niyyətindədir.

O, daha çox titul qazanmaq, “Rolan Qarros” və “Uimbldon”da çempionluq yaşamaq, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal əldə etmək arzusundadır.

Yaponiyalı tennisçi Brisbendə keçiriləcək WTA-500 turnirində korta qayıdacaq. Bu yarış dekabrın 31-dən yanvarın 7-dək keçiriləcək.

Qeyd edək ki, ana olması ilə əlaqədar karyerasına fasilə verən Osaka yanvarda kortlara çıxmayıb.

ETOPAZ

Əvvəlki yazı

Varan qayıtdı

Növbəti yazı

“Qarabağ”dan böyükhesablı qələbə