“Qarabağ” qrup mərhələsinə heç-heçə ilə start verdi

“Qarabağ” qrup mərhələsinə heç-heçə ilə start verdi

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayıb. H qrupunda mübarizə aparan Ağdam klubu I turda “Bazel”i qəbul edib. İsveçrə təmsilçisi ilə matç Bakı Olimpiya Stadionunda keçirilib.

Qarşılaşmanın ilk 45 dəqiqəsi Qurban Qurbanovun yetirmələrinin ərazi üstünlüyü ilə keçib. Topa daha çox nəzarət edən “Qarabağ” qapı istiqamətində də daha çox zərbə endirib. Lakin təmsilçimizin bu üstünlüyü hesabı açmaq üçün yetərli olmayıb.

Görüşün ikinci yarısı da eyni ssenari ilə başlayıb. Üstünlüyünü daha da artıran “Qarabağ” rəqib qapısı önündə dəfələrlə təhlükəli epizodlar yaradıb. Lakin Premyer Liqanın vitse-çempionu rəqib qapısı önündəki təzyiqi qola çevirə bilməyib. Beləliklə, “Qarabağ” qrup mərhələsinə qolsuz heç-heçə ilə başlayıb.

Təmsilçimiz növbəti oyununu sentyabrın 30-da keçirəcək. “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq.

Xatırladaq ki, qrupun digər oyununda “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) qolsuz heç-heçə edib.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

Növbəti yazı

Qurban Qurbanov: “Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq”