“Qarabağ” dünyada 162-cidir

“Qarabağ” dünyada 162-cidir

İFFHS klubların dünya reytinqini açıqlayıb. 200 ən yaxşı arasında Azərbaycan bir klubla təmsil olunub.

86,5 xala malik “Qarabağ” dünyada 162-cidir. Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Qranada”nı yarım xal qabaqlayır. “Hoffenhaym”, “Selta”, “Torino”, “Fiorentina”, “Mayns” kimi klublar da daha aşağı sıralarda yer alıb.

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi “Marsel”in 114 xalı var. Liqa1 klubu ağdamlılardan 60 pillə yüksək – 102-ci sırada qərarlaşıb.

Birinci pillədə “Atletiko Mineyro” yer alıb – 297 xal. “Ayaks”ın 292, “Palmeyras”ın 288 xalı var.

Türkiyənin 6 klubu “Top-200”ə düşüb. Super Liqa təmsilçilərindən “Qalatasaray” (109,5) 112-ci, “Fənərbaxça” (103,5) 127-ci, “Beşiktaş” (99) 134-cü, “Trabzonspor” (96) 141-ci, “Konyaspor” (83,5) 172-ci, “Sivasspor” (81) 181-ci yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

AVRO-2032-yə ilk namizəd

Növbəti yazı

Neymarın “Real”a qarşı oynaması sual altında